Tarixde Bugün - 16 iyul

Son güncelleme: 16.07.2011 21:39
  • Tarixde Bugün - 16 iyul
    _________________

    16 iyul. İlin sonuna 168 gün qalır.

    1439. İngiltərədə vəba xəstəliyi yayıldığı üçün öpüşmək qadağan edilib

    1661. İsveçrə Bankı Avropada ilk kağız pulu tədavülə buraxıb

    1826. İkinci Rusiya-İran müharibəsi başlayıb

    1860. Alfred Nobel dinamiti ictimaiyyətə tanıdıb

    1872. Norveçli səyyah Roald Amundsen anadan olub

    1909. "Audi" şirkəti təsis edilib

    1913. Müğənni Mirzə Babayev anadan olub

    1920. Azərbaycan Komsomolunun I Qurultayı açılıb

    1921. Acarıstan MSSR təşkil edilib

    1945. ABŞ ilk dəfə atom bombasını sınaqdan çıxarıb

    1965. İtaliya və Fransanı birləşdirən Monblan tuneli açılıb

    1979. Səddam Hüseyn İraq prezidenti seçilib

    1988. Azərbaycan Xalq Cəbhəsi təsis edilib

    1990. Ukrayna müstəqilliyini elan edib

    1994. Ruandada vətəndaş müharibəsi başa çatıb

    1996. "Torpaq islahatı haqqında" qanun qəbul edilib

    1996. Azərbaycan "Avropa Regionu Dövlətlərində təhsil kurslarımın, ali təhsil haqqında diplomatların və elmi dərəcələrin tanınması haqqında YUNESKO Konvensiyası"na qoşulub

    2002. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında hərb tarixi, hərbi arxiv, hərbi muzey işi və hərbi nəşrlər sahələrində əməkdaşlıq haqqında Protokol imzalanıb.
#16.07.2011 21:39 0 0 0