* açıq rəngli saçları çobanyastığı dəmləməsi ilə;
* tünd rəgli saçları gicitkan dəmləməsi ilə;
* bütün növ saçları limon turşusu və yaxud sirkə qatılmış su ilə yaxalamaq olar.
Ayda bir dəfə saçlarınızı kimyəvi maddələrdən istifadə etmədən yusanız, onların sağlamlığını qoruyar və tökülmənin, kəpəyin, haçalanmanın qarşısını alarsınız.
Bunun üçün bir neçə üsul təklif edirik:
* kəpək çörəyinin suxarısını qaynar suda dəmləməklə;
* kiçik təpə şəklində yulaf yarmasına bir-iki qaşıq quru xardal əlavə etməklə;
* çalınmış yumurtadan sabun kimi istifadə edərək saçları yumaq olar.
Bu vasitələrlə yuyulmuş saç tez çirklənir. Əgər işləyirsinizsə, bu vasitələrdən maska kimi istifadə edə bilərsiniz. Yəni saçı şampunla yuduqdan sonra bu qarışıqlardan birini çəkin, sonra bol su ilə yuyun.
Yağlı dəri üçün yumurta ağından ibarət maskalar etmək olar. Bu zaman yumurta ağına ayrılıqda çobanyastığı dəmləməsi, maya və yaxud quru xardal əlavə edərək, bir neçə canlandırıcı vasitə ala bilərsiniz. Bu maskaları saça çəkib qurutduqdan sonra yumaq lazımdır.
Quru saçları qaynar su ilə qarışdırılmış gənəgərçək və badam yağı ilə maska etmək olar. Maskanı saçınıza çəkdikdən sonra dəsmalla sarıyın, 1 saatdan sonra isə yuyun.
Saçların kəpəkdən azad olması üçün gicitkən dəmləməsindən istifadə edin. Ancaq unutmayın ki, gicitkən dəmləməsi açıq saçların rəngini tündləşdirir. Ümumiyyətlə, maskaları ayda bir dəfədən artıq etmək məsləhət deyil.
Ayda bir dəfə saçlarınızın uclarını kəsdirməyi unutmayın. Bu saçın tez uzanmasına və səliqəli görüməsinə zəmin yaradır.