Uzun müddət Pəhriz saxlamaq istəməyənlər üçün

Son güncelleme: 17.07.2011 14:38
  • noimage

    Uzun müddətli pəhriz saxalamaq istəməyənlər sağlamlığınız pozulmadan zülal və karbohidrata üstünlük verərək 5 gün içində artıq kilolardan yaxa qurtara bilərsiniz.
    Bu pəhrizlə gündə cəmi 600 kalori alacaqsınız.Eyni pəhrizdən üçüncü dəfə istifadə etmək üçün arada bir həftə normal qida rasionuyla qidalanmaq lazımdır.

    1.Gün
    Səhər: 1 ədəd mövsüm meyvəsi, bir dilim qizarmış çovdar çörəyi, çay.
    Günorta: Bir ədəd suda bişmiş və ya mangalda qızardılmış ət, pomidor,şəkərsiz çay və ya qəhvə.
    Axşam: Bir dilim qızarmış çovdar çörəyi, yaşıl salat, bir meyvə çay ya da qəhvə.

    2. Gün
    Səhər: Bir ədəd mövsüm meyvəsi və ya bir stəkan qreyfurt suyu, bir dilim qizarmış covdar çörəyi.
    Günorta: Suda bişmiş ispanaq, pomidor, kərəviz salatı
    Axşam : İstıdiyiniz qədər meyvə salatı, çay və ya qəhvə

    3. Gün
    Səhər: 1 ədəd mövsüm meyvəsi, bir dilim qizarmış çovdar çörəyi, çay və qəhvə.
    Günorta: Suda bişmiş və ya manqalda qızardılmış balıq, mövsüm meyvəsi, çay və ya qəhvə
    Axşam: Dördə dilimlənmiş pomidor, yağsız və ətsiz bişirilmiş kərəviz yeməyi, çay ya da qəhvə.

    4. Gün
    Səhər: Bir ədəd mövsüm meyvəsi, bir dilim qızardılmış kəpək çörəyi, çay və ya qəhvə.
    Günorta: Bir ədəd suda bişmiş yumurta və ya bir parça yağsız, duzsuz pendir, çox az yağlı lobya yeməyi.Bir dilim çovdar çörəyi , çay və ya qəhvə
    Axşam: Çiy bibər, (və ya suda bişmiş ispanaq), mövsüm salatı, çay və ya qəhvə.

    5. Gün
    Səhər: Bir ədəd mövsüm meyvəsi , bir dilim qızarmış çovdar çörəyi.
    Günorta: manqalda qızardılmış balıq, yağsız mövsüm salatı, bir dilim qızardılmış çovdar çörəyi, çay və ya qəhvə.
    Axşam: yağsız kərəviz yeməyi, mövsüm meyvələri, pomidor, may və ya qəhvə
#17.07.2011 14:38 0 0 0