Nanədən təkcə ədviyyat kimi yox, kosmetik vasitə kimi də istifadə edirlər. Dəmlənmiş təzə nanəyə pambığı batırıb, 2-3 dəqiqə gözünüzün üzərində saxlayın. Bu kompres gözlərin yorğunluğunu götürür, dəridəki qırışıqların qarşısını alır. Yarpaqlarında olan mentol qan dövranını artırır və qan damarlarını gücləndirir. Dəriyə qulluq zamanı nanədən istifadə etmək olduqca mühüm əhəmiyyət daşıyır. Nanə losyonu yağlı dərini təmizləyir. 2-3 xörək qaşığı təzə və ya quru nanə yarpaqları üzərinə 200 milliqram isti su əlavə edin. Üstünü örtüb yarım saatdan sonra süzün və hər gün bu losyonla dərinizi silin. Dərinin təzələnməsində də nanə losyonu əvəzsizdir. 2 xörək qaşığı nanə üzərinə 400 milliqram soyuq su töküb, 10 dəqiqə qaynadın. Soyuduqdan sonra üzərinə bir neçə damcı limon əlavə edin və bununla hər gecə yatmazdan əvvəl dərinizi təmizləyin. Nanə suyu ayaqlarda göbələk kimi infeksion xəstəliklərin də qarşısını alır.