Röya hansı mahnısına ikinci dəfə klip çəkdirdi?

Son güncelleme: 17.07.2011 16:09
  • noimage
    Milli.Az xəbər portalının ATV kanalında yayımlanan "ATV Maqazin" verilişinə istinadən verdiyi məlumata görə, müğənni Röya musiqisi Emin Kərimiyə, sözləri isə özünə aid olan "Bax" mahnısına ikinci dəfə klip çəkdirib.

    "ATV Maqazin"verilişinə müsahibəsində Röya ilk dəfə bu mahnının klipini Aqil M.Quliyevə həvalə etdiyini və klipdən narazı qaldığını söyləyib.

    "Aqilin işlərini çox bəyənirəm. Ola bilər ki, sabah hansısa mahnı hazırlayaram və klipini Aqilə çəkdirə bilərəm" deyə Röya bildirib. Bu mahnıya həssas yanaşdığını söyləyən xanım müğənni deyib: "Həm həyat yoldaşım Anarın bu mahnını çox sevməsi, həm də sözlərinin mənə aid olması mahnıya ikinci dəfə klip çəkdirməyimin əsas səbəbidir. Sevdiyim insana həsr etmişəm bu mahnını" deyə müğənni bildirib.
#17.07.2011 16:09 0 0 0