halalliq haqqinda ....

Son güncelleme: 17.07.2011 16:22
  • Sənə söz verirəm ki, bir daha bunu təkrarlamayacağam". Bu və digər müraciət formalarından istifadə etməklə məsələdə dərinə varmadan halallaşmaq mümkündür. Yox əgər hansısa səbəbdən (məsələn, adamı tapmaq olmur, adam ölüb, yaxınlaşmaq heç cürə mümkün deyil və s.) halallıq almaq mümkün deyilsə, onda Allaha yalvarıb-yaxarmaqdan başqa yolu qalmır. Yuxarıdakı örnəklərdə də hər məsələdə olduğu kim Allaha yalvarmaq zəruridir. Bu dünyada halallıq alınması mümkün olmayan qiyamət günü halallıq verə bilər. Bütün məsələlərin əvvəli və sonu Allaha bağlıdır. Allah o insanları razı salmağa və ya halallıq verməsi üçün onların qəlbinə mərhəmət salmağa qadirdir. Haqsızlıq edilmiş adamın halallıq verməsi üçün Allahın onun qəlbinə mərhəmət və digər lazımı şeyləri ilham etməsi şərtdir. Bu dünyada halallıq verənlərin qiyamət günü sözündən imtina etmə haqqı yoxdur. Çünki verdiyi halallıq bağladığı bir əhddir. Hər şeyin doğrusunu Allah bilir.. . . .
#17.07.2011 16:22 0 0 0