Tibb işçiləri ən xeyirli 8 içkini adlandırdılar

Son güncelleme: 18.07.2011 18:32
  • Yaşıl çay

    Osteoporoz, xərçəng, ürək-damar xəstəliklərinin yaranma riskini azaldır.
    Yaşıl çayın tərkibində hüceyrələri müdafiə edən və azad radikalları neytrallaşdıran
    çoxlu sayda flavonoid, polifenol və antioksidantlar var.
    Çayda həmçinin sümükləri bərkidən və dişlərə xoş təsir bağışlayan ftor da var.

    Nanə çayı

    Mədə pozuntularından qurtulmağa kömək edir, ağrıları asanlaşdırır, həzm prosesini
    yaxşılaşdırır. Nanə spazmaya qarşı təsiri göstərir, əzələlərdə yaranan ağrıları və əzələ dartılmalarını aradan qaldırır.

    1% piy təşkil edən süd

    Südün tərkibinə qəliz karbohidrat, zülal və az miqdarda piylər daxildir, buna görə də
    bu məhsul gec həzm olunur və siz gün ərzində toxluq hissi keçirirsiniz.
    Qəliz karbohidratların sayəsində qanda şəkərin səviyyəsi stabil olaraq qalır.

    Soyalı süd

    Ürək-damar xəstəliklərinin yaranma riskini azaldır. Südün
    tərkibindəki qidalı lif və zülallar "pis" xolesterinin və triqliseridlərin səviyyəsini azaldır.

    İsti şokolad və ya kakao

    Əhval-ruhiyyəni yaxşılaşdırır və ürək-damar xəstəliklərindən qoruyur.
    Kakaonun tərkibinə hüceyrələri azad radikallardan qoruyan çoxlu sayda polifenol
    daxildir. İsti şokoladdan istifadə etmək serotonin hormonunun yaranmasını artırır.

    Duzsuz tomat şirəsi

    Xərçəngin bir çox formalarından qoruyur. Tomatın tərkibindəki likopen ürəyi azad
    radikalların təsirindən müdafiə edir və ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır.

    Quşüzümü şirəsi

    Damaq xəstəliklərinin qarşısını alır, sidik yollarının infeksiyaları ilə mübarizə aparır.
    Lakin şirələrin tərkibində çox vaxt şəkər olur, buna görə də çalışın 100% şəkərsiz şirələrdən istifadə edəsiniz.

    Portağal şirəsi

    Şirənin tərkibindəki C vitamini immuniteti yüksəldir, katarakra, xərçəng kimi
    xəstəliklərdən müdafiə edir. Portağal şirəsi - fol turşusunun ən yaxşı mənbəyidir.

    Alıntı..
#18.07.2011 18:32 0 0 0