Ürək xəstəliyinə səbəb olan vərdişlər

Son güncelleme: 18.07.2011 18:41
  • noimageTV izləmək
    Nizamlı olsa belə, saatlarla televiziyaya baxmaq ürək xəstəliyi və iflic ehtimalını artırır. Bunun səbəbi isə çox sadədir. Hərəkətsizlik qandakı yağ və şəkər səviyyəsinə mənfi təsir edir. Həkimlər davamlı olaraq hərəkətdə olmağı tövsiyə edirlər.

    Depressiyaya fikir verməmək
    İnsan steresli, aqressiv və depressiyada olduğu zaman ürəyə ötürəcəyi nəticələr ciddi ola bilər. Qeyd edilənləri yüngül saymadıqda ürək xəstəliklərinin riskini artırır. Həkimlər məsləhət görür ki, davamlı olaraq yaxınlarla söhbətləşmə steresin ürəyə təsirini azalda bilir.

    Diş təmizliyinə laqeyd olmamaq
    Diş əti xəstəlikləri ürək xəstəliklərinə ciddi təsir edir. Əgər dişlərin aralarını təmizləməyə laqeyd yanaşılsa, zaman keçdikcə bakteriya toplanaraq bədəndə bir sıra iltihablara yol açır. Bu iltihablar da damarların funksiyalarını yerinə yetirməsinə mane olur.

    Bədəni həddən artıq yükləmək
    Sağlam olmaq üçün idman etmək çox önəmlidir. Lakin həddindən artıq idman etmək özü də ürəyə ziyandır. Həkimlərin fikrincə, idman edərkən həddindən artıq bədəni yükləmək və sonrra da idmanı tərk etmək ziyanlıdır. Nizamlı və bədəni çox yükləmədən edilən idman ürəyə xeyirdir.

    Çox yemək
    Artıq çəki də ürək xəstəliyinə səbəb olur. Ona görə də az yemək lazımdır. Xüsusən, şəkərli şirələr yerinə su içmək lazımdır. Çörək, makaron kimi yüksək kalorili və karbohidrat faizi çox olan qidalardan pəhriz edilməlidir.

#18.07.2011 18:41 0 0 0