Tarixde Bugün - 18 iyul

Son güncelleme: 18.07.2011 22:22
  • Tarixde Bugün - 18 iyul

    18 iyul. İlin sonuna 166 gün qalır.

    64. 1 həftə davam edən yanğın nəticəsində Roma şəhəri bütövlükdə külə dönüb

    1830. Uruqvayın ilk konstitusiyası qəbul edilib

    1864. Xanəndə Keçəçi oğlu Məhəmməd Şuşada anadan olub

    1897. Rus imperiyasında iş vaxtı 11.5 saata endirilib

    1898. İspaniyanın "Athletic Bilbao" futbol klubu təşkil edilib

    1908. Səttarxanın fədailəri Təbrizi ağ bayraqlardan təmizləyib

    1909. Sovet siyasətçisi Andrey Qromıko anadan olub

    1918. Mayor Həmid bəyin rəhbərlik etdiyi Azərbaycan qoşunu Bankə balıq vətəgələrini daşnak-bolşevik qoşunundan azad edib

    1918. CAR-ın keçmiş prezidenti Nelson Mandela anadan olub

    1925. Hitlerin "Mənim mübarizəm" kitabı çapdan çıxıb

    1927. Xalq rəssamı Tokay Məmmədov anadan olub

    1938. Azərbaycan SSR Ali Sovetinin I sessiyası işə başlayıb

    1947. Beynəlxalq Əmək Təşkilatının "Sənayedə və ticarətdə əməyin təftişi haqqında Konvensiya"sı qəbul edilib

    1974. Varşava radio qülləsi istifadəyə verilib. 1991-ci ildə yıxılan bu qüllə o zamana qədər dünyanın ən yüksək tikilisi olub (646.38 metr)

    1994. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq barədə" Saziş imzalanıb

    2000. ATƏT-in Bakı Ofisinin rəsmi açılışı olub.
#18.07.2011 22:22 0 0 0