Azərbaycan İnciləri - Buta Palace

Son güncelleme: 19.07.2011 19:01
  • Keçmişlə gələcəyin kəsişdiyi, xatirəmizdə tariximizin şanlı səhifələrinin canlandığı, gələcəkdə gözəl prespektivlərin açıldığı və bütün sadalananların gözümüzü çəkə bilməyəcəyimiz təsvir yaratdığı bir yer var. Bu yer Premium klass konser-banket kompleksi "Buta Palace" adlanır.




    "Buta palace" intensiv olaraq gözəlləşən paytaxtımızın müasir standartlara cavab verən qədim irs adasıdır. Kompleks sanki paytaxt "üzüyü"nün qaşıdır. Bura hiss və düşüncələrin kəsişdiyi, incə zövq və nəfis duyğuların kəsişdiyi bir məkandır. Bura insanların sanki gözəgörünməz bir bağla bağlandıqları, təkrar-təkrar qayıtdıqları sehrli bir aləmdir. "Buta Palace" müştərinin istənilən arzusunun reallığa çevrildiyi, nağılın ən parlaq təzahürlərlə həyata təcəssüm etdiyi bir yerdir.




    "Buta Palace" yeni texnologiyalarla tikilmiş, antik dövr görünüşünü canlandıran unikal bir kompleksdir.




    İki gözəl zaldan ibarətdir.
    Böyük zal: Qədim "Karvasaray" üslubunda qurulmuş və ən son texnologiya ilə təchiz olunmuş sənət əsəridir. Ən son səs və işıq avadanlıqlarından savayı zal böyük paytaxt səhnəsini geridə qoyan gözəl səhnə ilə təchiz olunub. Səhnə yiğilib-açılır, ona istənilən forma və ölçü vermək olur. Zalı ölçüsü:1572,65 m2-dir.
    Kiçik zal: Kiçik zalın tutumu üslubundan asılı olaraq, 400 nəfərə kimidir. Zal yüksək səviyyədə konfrans və təqdimat mərasimlərinin keçirilməsi üçün çox əlverişlidir. Zalın ölçüsü:652,95 m2-dir.




    Səhnə: Böyük zalın şəhərin digər zal və xollardan əsas fərqli cəhətlərindən biri səhnədir. Kompeksin və Art şöbənin fəxri olan səhnə paytaxtın ən yaxşı teatr səhnələrindən biridir. Nəinki Azərbaycanda həmçinin bütün Qafqazyanı ərazidə olan meydaçalar "Buta Palace" səhnəsinin texniki səviyyəsində ola bilməzlər.




    Səhnə konstruktor formasındadır ki, bu da onu istənilən formata (istər gözəl moda nümayişi, istərsə də dünya ulduzunun konserti və yaxud da təqdimatı) uyğun quraşdırmağa imkan verir.






    Onu da qeyd edim ki, "Buta Palace" tədbir keçirmək üçün dövlət tərəfindən razılıq əldə olunmalıdır.




    Bütün bunlara baxmayaraq "Buta Palace" gözəl əyləncə məkanıdır. Bu günə qədər "Buta Palace" səhnəsində dünyaca məşhur David Vendetta, Pitbull, 50 Cent, G-Unit, Chirss Willis kimi məşhurlar tamaşaçılara gözəl anlar bəxş ediblər.
#19.07.2011 19:01 0 0 0