Bu gün Ağdam rayonunun işğalından 18 il ötür. SİA-nın xəbərinə görə, Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olub. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini - Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunub, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşüb. 1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirib.
1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum edib. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ildə Ağdamın müdafiəsi Surət Hüseynov Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəifləyib. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq, Bakıya doğru hücuma keçiblər. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə ediblər. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatıb. Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri iştirak edib. Onların arasında çoxlu sayda xaricdən gələn ermənilər və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda gedən döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürülüb. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4%-ni işğal etməyə nail olub. Ağdam uğrunda gedən döyüşlərdə 6.000 nəfər azərbaycanlı şəhid olub.2010-cu ilin noyabr ayında Dağlıq Qarabağ separatçıları rayonun adını erməniləşdirmək məqsədi ilə Ağdamın adını dəyişərək Akna qoyublar. Onların verdiyi məlumata görə Ağdamın hazırda işğal edilən ərazilərində 360 nəfər daimi məskunlaşıb.
Beləliklə, bu gün -iyulun 23-də Ağdamıntəcavüzkar Ermənistan qoşunları tərəfindən işğalının18-ciili tamam olur. Ağdam şəhəri1993-cü il iyulun 23-dəişğalçı erməni silahlı birləşmələri tərəfindən ələ keçirilib. Rayonun121 kəndindən 77-sihazırda işğal altındadır. 44-nəisə Azərbaycan ordusu nəzarət edir, yerli əhali orada yaşamaqda davam edir. Ağdamın ərazisi194 kvadrat kilometr, əhalisi160 mindən çox olub. Rəsmi statistikaya görə, müharibə dövründə Ağdamın 6 mindən çox sakini müharibədə şəhid olub. Amma qeyri-rəsmi məlumatlarda Ağdamın10 minəyaxın şəhid verdiyi bildirilir. Rayon əhalisinin çox hissəsi məcburi köçkün vəziyyətinə düşərək, ölkənin müxtəlif bölgələrinə səpələniblər. İşğaldan əvvəl Ağdamda1898sayda sosial-iqtisadi tikinti obyekti,17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub. Təxmini hesablamalara görə, işğal nəticəsində Ağdama dəymiş zərərin miqdarı 252 milyon ABŞ dolları həcmindədir.