Emin Ağalarov Londonda konsert verib

Son güncelleme: 23.07.2011 11:32
  • "Fəxr edirəm ki, "Eurovision-2012" mahnı müsabiqəsi Azərbaycanın paytaxtı Bakıda keçiriləcəkdir". Tanınmış azərbaycanlı müğənni Emin Ağalarov Böyük Britaniyanın paytaxtı Londonda ilk konsertini bu sözlərlə açıb.



    SİA-nın məlumatına görə, Londonun mərkəzindəki "Under The Bridge" klubunda təşkil edilən konsertdə Emin Ağalarov bu ölkədə çox sevilən mahnılarını ifa edib.


    Emin Ağalarovun yaradıcılığı Britaniya dinləyicilərinə yaxşı tanışdır. Onun "Wonder" albomu və "Any Time You Fall", "Obvious" kompozisiyaları "BBC Radio 2" radiostansiyasında populyarlığına görə 1-ci yeri tutub. "Any Time You Fall" və "Obvious" kompozisiyaları isə Britaniyanın 80-dən çox radiostansiyasının hitinə çevrilib.


    Qeyd edək ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan diasporunun üzvləri, Böyük Britaniya ictimaiyyətinin tanınmış nümayəndələri konsertdə olublar.
#23.07.2011 11:32 0 0 0