İmam Sadiq (ə) buyurmuşdur: "Allah yanında ən sevimli iş namazdır və Peyğəmbərin (s) insanlara son vəsiyyətidir". Eləcə də İslam Peyğəmbəri (s) buyurub: "Namaz qılmaq istəyəndə gözəl şəkildə dəstəmaz al, sonra qıbləyə doğru dur və təkbir de". Rəsuli-Əkrəm (ə) islam yolunda əlindən gələni etmiş, insanları dinə çəkmək üçün bütün çətinliklərə dözmüşdür. O, bütün insanları yalnız bir olan Allaha pərəstiş etməyə, yalnız ona səcdə etməyə, ona möhtac olmağa çağırmışdır və buyurmuşdur: "Qiyamətin səhnəsində ilk soruşulan şey - namazdır".