Daha bir məşhur cütlük boşanır

Son güncelleme: 24.07.2011 23:43
  • Daha bir məşhur cütlük boşanır
    noimage

    Cütlüyün ailə həyatı filmdəki obrazları ilə paralel oldu

    Türkiyənin məşhur aktrisası Qəmzə Özçeliklə tanınmış aktyoru Uğur Pektaş başanmağa qərar verib. Azərbaycan tamaşaçısının "Arka Sokaklar" serialında Zeynəb və Murad obrazları ilə tanıdığı cütlük bu məqsədlə məhkəməyə müraciət edib. Cütlüyün boşanmasının səbəbi isə ailə daxili münaqişələr, fikir ayrılıqları və bunlarla əlaqədar meydana gələn problemlərdir. Bu barədə açıqlama verən Uğur Pektaş (Murad) bir övladları olduğunu, ailə həyatının davam etməsinin uşaq üçün də, özləri üçün problemlər yaradacağını hesab edərək qarşılıqlı razılaşma ilə boşnmağa qərar verdiklərini deyib.

    Qeyd edək ki, "Arkak Sokaklar" serialında rol səbəbilə evlənən cütlük 2008-ci ildə realda da həyatlarını birləşdirmişdilər. Keçən il yeni mövsüm başlanğıcında isə Muradın filmdəki rolu tək başlamış və cütlük ssenariyə görə boşanmış göstərilmişdi.

    Maykl
#24.07.2011 23:43 0 0 0