Populyar müğənni Xəyyam Nisanov hələ ki, ailə qurmaq fikrində deyil
Müğənni, bunu müsahibəsində bildirib. «Hələ ki, evlənmək haqda düşünmürəm. Amma həyat elədir ki, sabah nə baş verəcəyini bilmək olmur. Amma mən hələ tələsmirəm. Yeri gəlmişkən, əksər müğənnilərin guya reklam naminə ailə qurmaları haqda fikirlə razı deyiləm. Əksinə, biz evlənərkən xanım fanatlarımızı itiririk», - deyə ifaçı qeyd edib.
Xəyyam Azərbaycan müğənniləri arasında yalnız bir gözəl xanım tanıyır: «Əlbəttə ki, yalnız Aysel Teymurzadə. Başqa ad çəkə bilmərəm».