Müğənni Eltonun həyat yoldaşı boşanmadan danışdı

Son güncelleme: 25.07.2011 00:30
  • Müğənni Eltonun həyat yoldaşı boşanmadan danışdı

    noimage

    O, ATV-nin «Onun yarısı» verilişinə həyat yoldaşı Tamilla ilə birlikdə çıxıb. İfaçının xanımı mətbuatda onların boşandıqları haqda yayılmış məlumatlara münasibət bildirib: «Mən əvvəlcə Eltonun özünü, sonra səsini sevmişəm. Çünki o, əla insandır. Bu hisslər tədricən inkişaf edib və indi o, mənim həyat yoldaşım və uşaqlarımın atasıdır».

    Elton isə deyib: «Mən bu söz-söhbətdən çox narahat oldum. Hətta bizə yaxın insanlar da boşanmadığımıza inanmırdı. Məni görən hər kəs bu haqda danışırdı. Odur ki, birgə efirə çıxmaqla, söz-söhbətə son qoymaq qərarına gəldim».

    Qaynaq-Day.az
#25.07.2011 00:30 0 0 0