Nar şirəsi damar tutulmasının qarşısını alır - Nar şirəsinin faydası
Nar şirəsi orqanizmi dəri və prostat xərçəngindən qoruyur, damar tutulmasını 44 faizə endirir
Hətta nar şirəsini içdikdən 48 saat sonra belə, orqanizmə təsir göstərir. Qanın antioksidantlığını artırmaq qabiliyyəti yaşıl çayla müqayisədə 2-3 dəfə çoxdur. Nar diş xəstəliklərini müalicə edir, həmçinin dərini zərərli təsirlərdən qoruyur.
Nar şirəsi immunitet sistemini gücləndirir, tərkibindəki bəzi maddələr sayəsində xolesterol və şəkəri nizamlayır, ürəyi möhkəmləndirir.
Nar qabığı ishalın və bağırsaq qurdlarının qarşısını alır, qanlı ishal zamanı istifadə edilir. Meyvəsinin qabığından hazırlanan ekstrakt virusları və mikrobları öldürür. Nar C vitamini, həmçinin dəmir və kalium mineralları baxımından da zəngindir.