Müğənni Rahidə Baxışova əməliyyat üçün səfər etdiyi Türkiyədən evinə, Bakıya qayıdıb.
Lent.az-ın məlumatına görə, müğənni gözlərini həkim müayinəsindən keçirib, əməliyyata ehtiyac görülməyib. Rahidə Baxışova hazırda həkim məsləhəti ilə linzadan istifadə etməklə ilə zəif görmək problemini həll edir.
Ancaq müğənninin oktyabrda İstanbulda əməliyyat olunacağı bildirilir. Bu barədə Lent.az-a məlumat verən mənbə deyib ki, müğənni nədən əməliyyat olunacağını gizli saxlayır.