Aparılan bir araşdırma nəticəsində, yeni kontakt linzaların miyopiyanın inkişafının qarşısını ala biləcəyi müəyyənləşib. Görmə və Oftolmoloji Araşdırmalar Dərnəyinin illik toplantısında təqdim edilən araşdırmada, beynəlxalq araşdırma qrupu, yaşları 7 və 14 arasında dəyişən 100 miyop çinli uşaq üzərində kontakt linzaları sınaqdan keçirib.
6 ay sonra, xüsusi linzadan istifadə edən uşaqlarda digər qrupla müqaisədə miyop xəstəliyinin inkişafının 54% azaldığı bildirilib. Tədqiqatçılar, bu linzalarla daha uzun müddətli sınaqlar həyata keçirilməsininin vacib olduğunu bildirib. Mütəxəssislər miyop xəstəliyinin nəzarət altında tutulmasında yeni nəsil kontakt linzaların ümid verici olduğunu ifadə ediblər.