Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Son güncelleme: 28.07.2011 12:34
  • noimage

    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri iyulun 27-də başa çatıb.

    Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

    Qaynaq:Lent.az
#28.07.2011 12:34 0 0 0