Orucun sirleri

Son güncelleme: 01.08.2011 11:18
  • Orucun sirleri - Oruc haqqında

    noimage


    Ey iman gətirənlər! Səbr[Oruc] və Namazla Allahdan kömək diləyin.Çünki Allah səbr edənlərlədir[oruc tutanlarladır.](Əl-Bəqərə surəsi,Ayə 153)
    Peyğəmbərimiz(s) buyurmuşdur:Oruc tutmaq Cəhənnəm atəşinin qabağında bir sipərdir.(qoruyucu vasitədir) [Oruc, insanın daxilində olan cəhənnəm odunu-şəhvət və qəzəb atəşini söndürür]
    Oruc tutan qeybət etməsə yatmağı da ibadət sayılar.Allah taala buyurur: bir-birinizin qeybətini qılmayın!Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?!Bu sizdə ikrah hissi oyadar[qeybət də belədir].Allahdan qorxun.Həqiqətən, Allah tövbələri qəbul edəndir,rəhimlidir!(Əl-Hucurat surəsi,Ayə 12).Qeybət etmək də bir növ yemək yeməkdir.
    İnsanlara doğru yol göstərən,bu yolu açıq dəlillərlə aydınlaşdıran və haqqı batildən ayıran Qur`an Ramazan ayında nazil edilmişdir.(Əl-Bəqərə surəsi,Ayə 185)
    Orucun üc dərəcəsi var.1.Ümumi oruc.2. Xüsusi oruc.3.Daha xüsusi oruc.
    Ümumi oruc:Qa ını və tənasülünü şəhvani istəklərdən qorumaq.
    Xüsusi oruc:Qulaq,göz,dil,əl,ayaq və digər üzvlərini günahlardan qorumaq.
    Daha xüsusi oruc:Qəlbini Allahdan başqa olan bütün fikirlərdən qorumaq.
    Qur`ani Kərim, ümumi oruc tutanlara doğru yol göstərir,xüsusi oruc tutanlara öz sirlərini açiq dəlillərlə aydınlaşdırır, daha xüsusi oruc tutanlara isə haqqı batildən ayırmaq nurunu bəxş edir.
    İmam Sadiq(ə) buyurmuşdur:Oruc tutmaq dünya bəlalarının qabağında bir örtük axirət əzabının qarşısında isə bir sipərdir.Hər dəfə obaşdanlıq və iftar edəndə yemək yeyəndə vəya su içərkən Allahdan istə ki,qəlbinə günahların xəstəliyindən şəfa verib batinini təmizləsin! və səni ixlasla,səmimi qəlbdən ibadət etməkdən uzaqlaşdıran qəflətdən oyatsın!
    Hişam ibn Həkəm İmam Sadiqdən(ə) oruc tutmağın səbəbi haqda soruşanda İmam(ə) belə cavab vermişdir:Allah taalanın orucu vacib etməsinin səbəbləri çoxdur.Biri budur ki, varlı ilə fəqir bərabər olsun.Çünki varlı, aclıq və susuzluğu dadanda qəlbi riqqətə gəlir zəiflərin və fəqirlərin halına yanır.
    İmam Sadiq(ə) buyurmuşdur:Hər bir şeyin bir zəkatı(təmizləyicisi) var bədənin də zəkatı oruc tutmaqdır .
    İmam Əli(ə) buyurmuşdur:Üç iş hafizəni artırır.1.Dişlərini fırçalamaq.2.Oruc tutmaq.3.Qur`an oxumaq.
    Peyğəmbərimiz(s) buyurmuşdur:Oruc tutan adamın bədənində olan haramlar əriyib tökülər və günahları bağışlanar.
    İmam Əli(ə) Peyğəmbərimizdən(s) soruşur:«Orucluqda ən yaxşı əməl hansıdır?»Peyğəmbərimiz(s) buyurur:«Günahlardan və haramlardan çəkinmək»
    İlahi! Xanım Ftimeyi Zəhranın özünün,atasının,həyat yoldaşının,övladlarının və onun daxilində əmanət qoyduğun sirrin(İmam Məhdinin) xatirinə Muhəmməd və onun Əhli beytinə salam salavat göndər və bizə əməllərimizə yox öz Böyüklük və Əzəmətinə baxıb mərhəmət eylə!dualarımızı,oruc və ibadətlərimizi qəbul eylə!Ey Kərim Allah!
#01.08.2011 11:18 0 0 0