Müsəlmanların bu gün öz dinlərinə laqeyd yanaşmalarının əsas səbəblərindən biri də dinin şəriət hökmlərinin əsassız və məntiqsiz formada çatdırılmasıdır ki,müasir dövrümüzdə yaşayan insanlar elmi və məntiqi dəlillərə ehtiyaclıdır.Biz burada yalnız elmi və tibbi mənbələrdən istifadə edərək,orucun insan orqanizminə faydaları haqda az mə`lumat verməyə çalışmışıq.
1.Çox yemək və kökəlmə
Səbəbindən aslı olmayaraq,tibb elmi çox yeməyi xəstəlik hesab edir.Ümumiyyətlə 40 yaşına qədər köklük hər hansı bir şikayətə səbəb olmasa da sonralar tez yorulma,ağır nəfəs alma və ürək ağrıları başlaya bilər.Kök insanlarda şəkər xəstəliyi,damarların tutulması, ürək damarlarının yumulması,qara ciyər və mə`də xəstəliklərinə daha tez-tez rast gəlinir.Statistikaya görə kök insanlar,arıq insanlardan daha az yaşayırlar.Çox yedikdən sonra ürək və digər orqanlar həddindən artıq çalışdıqları üçün yorulmağa başlayır.Beləliklə qan, beyin və mərkəzi sinir sisteminin hüceyrələrinə gedib çatmaqda ləngiyir.Bədən üzvlərinin idarə edicisi olan beyin və mərkəzi sinir sisteminin pozulması,orqanizmin digər üzvlərinin fəaliyyətini pozaraq müəyyən xəstəliklərin meydana gəlməsinə səbəb olur.Bütün bu xəstəliklərin qarşısının alınmasında həkimlərin əsas məsləhəti pəhriz saxlamaqdır ki,bunun nəticəsində hər bir daxili orqan müəyyən qədər dincələrək normal şəkildə işləmək imkanı əldə edir.Deməli insan orqanizminin heç olmasa ildə bir dəfə dincəlməyə ehtiyacı var.Bu da bir faktdır ki,insanlar müxtəlif fəsillərdə hər çeşidli qida məhsullarından istifadə etdiklərindən ,həkimlər pəhrizi ilin ayrı-ayrı vaxtlarında məsləhət görürlər.Allah taalanın vacib etdiyi Ramazan ayının orucu hicri-qəməri təqvimi ilə olduğuna görə,hər ilin başqa vaxtlarına təsadüf edir .Allah taalanın qoyduğu bu nizam həkimlərin verdiyi məsləhətlərlə üst-üstə düşür.
2.Qidalanma ilə bir aylıq dəyişiklik
Mə`də və həzm orqanları insan bədəninin ən çox işlək üzvləridir.Çox yemək isə insan orqanizmini zəiflədir və vaxysız ölümə səbəb olur.Yemək yeyən zaman sinir sisteminin iştirakı ilə bütün orqanlar hərəkətə başlayır,çeynənildikdən sonra müəyyən sinir refleksləri vasitəsilə mə`dəyə göndərilir.Mə`dənin ifraz etdiyi maddələr sayəsində mə`dəyə göndərilən yemək həzm olunur.Sonra qaraciyər və bağırsaq öz vəzifələrinə başlayır.Bağırsaqlarda əmələ gələn maddəni qaraciyər sorub qan şəkilinə salır.Bu ağır proseslər nəticəsində orqanizmin bütün böyük və kiçik orqanları və hüceyrələr lazım olduğundan artıq çalışır.Hər bir canlının orqanlarının müəyyən işləmə ölçüsü olduğundan həddindən artıq fəaliyyət etməsi onların ömrünü azaldır və qocalma prosesi gedir.Nəticədə qoca orqanlar müxtəlif xəstəliklər qarşısında müqavimətsiz olur.Bir ay müddətində qidalanma rejiminin dəyişilməsi,orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.Orqanizmin qida maddələrindən istifadə etmə fürsətini tə`min edir.Gündüzlər bədən tam yüngül halda çalışır.qidalanma və istirahəti isə gecəyə saxlayır.Buna əsasən qanın bağırsağa deyil,beyinə hərəkəti nəticəsində insan saf bir düşüncəyə və mövcud hadisələrin həqiqətini dərk etmək qabiliyyətinə malik olur
3.Sinir sistemi
Oruc tutan şəxs qidalanma fəaliyyətinin azalması ilə əlaqədar olaraq,lüzumsuz enerji sərf etməkdən çəkinir.Digər tərəfdən şəhvani istəklərin istirahətdə olması,bütün əsəb sisteminə istirahət verilməsinə səbəb olur və həkimlərin dərmanlarıla sakitləşdirirmək istədikləri əsəb və sinir xəstəlikləri,təbii yolla enerjinin azalması ilə tədricən sakitləşib müalicə olur.Qaraciyər oruc vaxtı istirahətdə olduğu üçün bir çox zəhərli maddələri zərərləşdirərək,sinir və əsəb sistemini yorğunluq dediyimiz dərddən qurtarır.
4.Qan dövranı sistemi
Oruc ikən gündüzlər qanda xolesterinin səviyyəsi aşağı düşür.Damarların divarlarına yapışan köhnəlmiş xolesterin( Onlar damarlara yapışaraq,damarlarda qanın düzgün dövranına maneçilik törədir.) artıqları yavaş-yavaş qan dövranına qarışır və damarlarda qanın fəaliyyəti yaxşılaşır.
Beləcə bu günün ən qorxunc xəstəliyi olan Ateroskleroz(nəfəs kəsilməsi və huşsuzluq) oruc və dəstəmazın müştərək təsiriylə adətən yox olur.İnsan sağlamlığının əvəzi və qiyməti olmadığı kimi,orucu da əvəz edən ikinci bir vasitə yoxdur.