Türkiyənin İzmir şəhərində yaşayan və sosial layihələrdə yaxından iştirak edən "Mikrob" ləqəbli Hikmət Durmuş Kütahyada baş vermiş zəlzələdə zərərçəkmişlərə kömək etmək üçün işə başlayıb.
Lent.az-ın "Star" qəzetinə istinadən verdiyi məlumata görə, Ramazan ayı öncəsi başlayan kampaniyada hazırda İzmirdə yaşayan azərbaycanlı müğənni Səidə Dadaşova da qoşulub. Xeyriyyəçilərin zərərçəkmişlərə apardığı sovqat arasında isə şirniyyat üstünlük təşkil edir.
Qeyd edək ki, xeyriyyəçilik aksiyasına İzmirdə yaşayan digər sənətçilər də qoşulub.