Ən effektiv və xoşagələn prosedur 15-20 dəqiqə isti vannadır.
Ayağa qulluğun ən effektiv və xoşagələn proseduru 15-20 dəqiqə isti vannaya salmaqdır. Təmizləyici vanna 1 litr suya 1-2 ç.q. soda və 1 x.q. sabun ovuntusu əlavə edib dabanlarınızı suya qoyun. Ayaqları canlandırmaq üçün 3 litr isti suya 1 ovuc duz atın. Vannadan sonra ayaqlar ilıq su ilə yaxalanmalıdır. Sakitləşdirici vanna 1 litr qaynar suya 2 x.q. çobanyastığı, yabanı kətan və iynəyarpaq tökün. Bundan başqa, ayaqların sağlamlığı və gözəlliyi üçün müxtəlif ot həlimləri (gicitkən, kalendula, dazıotu) çox kömək edir.
Vannadan sonra ayaqdakı kobudlaşmış dəri pemza (süngər daşı) və ya xüsusi pedikür fırçası ilə təmizlənir. Həftədə bir dəfə dabanları ayaq üçün skrabla təmizləmək olar. Onu cilalayıcı çubuğa çəkib 2-3 dəqiqə ərzində dabanlarınıza sürtün, sonra su ilə yaxalayıb proseduru təkrarlayın. Dabanınızda qabar, döyənək varsa, oraya salisil mazı vurun. Əgər qabar yenidirsə, onu ağrısız götürmək olar: 8 gün oraya sirkəyə batırılmış çörək içi qoymaqla. Yox, əgər qabar bərkiyibsə, 2-3 gün vanna edib üstünə aloye və ya limon dilimi qoyulmalıdır