Azərbaycan prezidentinin PKK ilə bağlı çıxışı bizi məmnun etdi

Son güncelleme: 03.08.2011 08:00
  • noimage

    Türkiyə səfiri: "Dağlıq Qarabağ problemini Vətənimizin problemi kimi görürük"

    "Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşdə prezident İlham Əliyevin PKK terror təşkilatı ilə bağlı açıqlaması bizi çox məmnun etdi".


    Lent.az-ın məlumatına görə, avqustun 2-də Türkiyə səfirliyində keçirilən mətbuat konfransında çıxış edən səfir Hulusi Kılıç deyib. Səfir bildirib ki, prezident İlham Əliyevin PKK-nı terror təşkilatı kimi tanıması Türkiyə üçün çox önəmlidir.


    O bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı olan tərəfdir və haqlılar hər zaman qalib gəlir. Səfirin sözlərinə görə, Azərbaycan və Türkiyə qardaşlığı dünyada ikinci bənzəri olmayan bir münasibətdir: "Biz viza məsələsində də bunu açıqca göstərdik. Çox istərdik ki, Azərbaycanda da vizaları qaldırsın və münasibətlər tamamilə qardaşlıq səviyyəsində olsun".


    Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bunun bundan sonra da belə olacağını bəyan edən səfir Hulusi Kılıç iki ölkə arasında münasibətlərin bundan daha da irəli gedəcəyini əminliyini ifadə edib: "Azərbaycan bizim üçün Vətəndir. Dağlıq Qarabağ problemini də Vətənimizin problemi kimi görürük".

    Anar GƏRAYLI
#03.08.2011 08:00 0 0 0