Ayət namazı

Son güncelleme: 03.08.2011 11:51
  • Namaz - Ayət namazı

    noimage

    Ayət namazı vacib namazlardan biridir.Ayət namazı Günəş və Ay tutulduğu,zəlzələ,yaxud insanların qorxmasına səbəb olan bu kimi təbiət hadisələri baş verən zaman qılınmalıdır.Əgər eyni gündə həm günəş tutularsa,həm də zəlzələ baş verərsə,onların hər biri üçün ayrı-ayrılıqda Ayət namazı qılmaq lazımdır.Ayət namazı hadisənin canlı şahidi olanlara vacib olur.Yaxşı olar ki,Ayət namazı hadisə baş verəndə (Ay və Günəş tutulan zaman) qılınsın.Vaxtı keçdikdə isə qəza niyyəti ilə namaz qılmaq lazımdır.Heyz və Nifas halında olan qadınlara Ayət namazı qılmaq vacib deyil.

    Ayət namazı

    Bildiyiniz kimi bu gecə dünyada ay tutulması baş verəcək.Ay tutulması Bakı vaxtı ilə 23.22-də başlayacaq və 03.02-də başa çatacaq.Bu səbəbdən Ayət namazını sizə təqdim edirik.

    Ayət namazı iki rükət qılınır.Niyyət etdikdən sonra Həmd və İxlas surələri oxunur,rüku yerinə yetirilir,sonra rükudan qalxıb yenidən Həmd və İxlas surələri təkrar oxunur və bu əməl beş dəfə təkrar olunur.Beşinci rükudan sonra iki səcdə yerinə yetirilir.İkinci rükət də eyni qaydada təkrar olunur, təşəhhüd və salamlarla sona çatdırılır.
#03.08.2011 11:51 0 0 0