Reyhan şərbəti

Son güncelleme: 04.08.2011 00:09
  • noimage

    Azərbaycan mətbəxindən resept

    Azərbaycan mətbəxində bir çox şərbətlər var. Şərbətlər qida qəbulundan sonra, eləcə də toy və ziyafət məclislərində süfrəyə verilir. Qızmar yay günlərində bu sərinləşdirici içkinin isə öz yeri var. Reyhan şərbətinin çəhrayı rəngi və turşməzə dadı olur.



    Tərkibi:

    1-1,5 litr su
    2 orta dəstə qırmızı yarpaqlı reyhan
    Şəkər
    Limon turşusu


    Hazırlanma qaydası

    Reyhanı yuyub qazanın dibinə yığın. Limon turşusu və ya limon şirəsi sıxın. Qapaqla qazanı bağlayıb 20-30 dəq. saxlayın. Sonra qaynar su (1 stəkan) üstünə töküb saxlayın.

    Suyu qazana töküb qaynadın. Qaynayandan sonra şəkər əlavə edin və bir neçə dəqiqə yenə qaynadın.

    Soyuyandan sonra reyhanın yarpaqlarını yığıb içkini süzün.

    Süfrəyə soyuq halda verilir.
#04.08.2011 00:09 0 0 0