Siyavuş Aslanın həyatına təhlükə yaranıb

Son güncelleme: 04.08.2011 15:16
  • noimage

    Xalq artisti 1 saylı Şəhər Xəstəxanasına köçürülüb

    Azərbaycan Respublikasının xalq artisti Siyavuş Aslan dünən axşam saatlarında yerləşdirildiyi 4 saylı Şəhər Xəstəxanasından çıxarılıb. Lent.az-ın məlumatına görə, tanınmış aktyor 1 saylı Şəhər Xəstəxanasına yerləşirilib.

    1 saylı Şəhər Xəstəxanasının baş həkimi Tərlan Bəbirov Lent.az-a açıqlamasında xəstənin reanimasiya şöbəsinə yerləşdirildiyini dedi: "Siyavuş Aslan xəstəxanaya gətirilərkən huşu özündə deyildi. Əməkdaşlarımızın səyi nəticəsində huşu özünə gəlib. Xəstəyə kəskin beyin qan dövranının pozulması diaqnozu qoyulub və vəziyyəti ağırdır. Bu diaqnoz özü-özlüyündə çox ağır diaqnozdur. Çalışacağıq ki, həyatı üçün yaranmış təhlükəni aradan qaldıraq".

    Nizam RZA
#04.08.2011 15:16 0 0 0