Ürək xəstələri oruc tuta bilərmi?

Son güncelleme: 04.08.2011 18:47
  • Ürək xəstələri oruc tuta bilərmi?

    Ramazan Ayına girərkən oruc tutmaq istəyən ürək xəstələri mütləq həkiminə məsləhətləşməlidir.

    Müalicə ilə nəzarət olunan, çox dərman istifadəsi tələb etməyən bir çox ürək xəstəliyi isə oruc tutmağa mane ola bilməz.
    Oruc tutmağı planlaşdıran ürək xəstələrin bir kardiyoloqdan məsləhət almalıdırlar. Bu suala ümumiyyətlə tuta bilər və ya tuta bilməz deyə cavab vermək doğru olmaz. Ürək xəstəlikləri sadə ritm pozğunluqlarından ürək çatmazlığına qədər çoxlu və fərqli xüsusiyyətlərə malikdir.



    Əlbəttə, bəzi ağır ürək xəstələrinin oruc tuta bilməyi mümkün deyil.
    Həkimə müraciət etməklə fərdi olaraq həm oruc tutulub-tuta bilməyəcəyinizi, həm də oruc tuta biləcəksinizsə, dərmanlardan necə istifadə ediləcəyinizi və diqqətli olmağınız kimi xüsusları öyrənə bilərsiniz.



    Uzun saatlarla ac və susuz qalmaq ürək xəstələrinə mənfi təsir edərmi? Oruc tutmaq hamımızın bildiyi kimi dini bir ibadətdir. Başqa sözlə orucu yalnız ac və susuz qalmaq kimi qiymətləndirmək doğru olmaz.
    Oruc adamın mənəvi dünyasına təsir edən bir istiqamətə sahibdir, dincliyi, ruhi təmizlənmə, ehtiras və gərginlikdən uzaqlaşmaq kimi nəticələr verən bir ibadətdir.



    Əgər orucu bu məqsədləri güdərək tutsanız və ürək xəstəliklərinə zəmin hazırlayan psixoloji stress və gərginliyi azaltmağa köməkçi olsa, oruc tutmaqa qorxu görünməyən xəstələr üçün müsbət nəticələr verə bilər.

    Həmçinin oruc tutmağa mane olan başqa bir xəstəlik olub-olmadığına da diqqət etmək lazımdır. Ürək ritm pozğunluqları bir-birindən fərqli şəkillərdə görünər. Həyati təhlükəsi olan növləri olduğu kimi çox yavaş ritm pozğunluqları da var.

    İndi istifadə etdiyimiz bir çox dərman gündə bir dəfə qəbul edilir və 24 saat davam edən təsirə sahibdir. Bu dərmanları axsatmamaq və həmişə eyni saatlarda içmək çox əhəmiyyətlidir.

    Ümumiyyətlə gündə bir dəfə qəbul edilən dərmanları iftardan sonra için və bunun həmişə eyni saatlarda olmağını təklif edirik.

    Tez-tez içilən dərmanlar üçün isə həkimlə məsləhətləşmək lazımdır.

    Oruc tutmaq infakta səbəb ola bilərmi?
    Bu suala elmi cavab verə bilmək üçün bu mövzuda olan elmi işlərə baxmaq lazımdır. Hörmətli bir tibb jurnalında 2004-cü ildə çıxan bir araşdırmada, 10 il boyu ramazandan əvvəlki bir ayda, ramazan ayında və ramazandan sonrakı 1 ayda xəstəxanalara infakt səbəbiylə gətirilən təxminən 21.000 xəstə araşdırıldı.

    Bu araşdırmanın nəticələri ramazandakı və ramazandan sonrakı infakt çoxluğuı və sayının fərqsiz olduğunu göstərdi.
    Bu araşdırmaya əsaslanaraq oruc ilə infakt arasında bir əlaqə olmadığını söyləyə bilərik.

    Alıntı..
#04.08.2011 18:47 0 0 0