Kanadanın Nyu Brunsvik əyalətinə aid Grand Falls qəsəbəsinin səmasında nadir
rast gəlinəcək bir hadisə baş verib. Belə ki, Denis Farmer adlı
kanadlı tərəfindən lentə alınan görüntülərdə tufan buludlarının
qəfildən insan üzünə bənzəyən forma əmələ gətirdiyi görünür.
Görüntülər insanlar arasında birmənalı qarşılanmayıb. İngiltərənin "The Sun"
qəzetinin yazdığına görə, bu heyrətamiz hadisəni müşahidə edənlər müxtəlif
fikirləri bölüşürlər. Bəziləri hesab edir ki, bu Allahın insanlara
bir mesajıdır, digərləri isə düşünür ki, bu, sadəcə olaraq şeytan əməlidir.