Gözəlliyiniz üçün faydalı məsləhətlər

Son güncelleme: 06.08.2011 20:44
  • Gözellik - Faydalı meslehetler - Gözellik haqqında


    Ətirlərlərdən düzgün istifadə:

    Əvvəlcə diqqət yetirməniz lazım olan ilk qayda; sıxmalı olduğunuz miqdarıdır.
    Bunun üçün ən ideal ədəd,ətiri fərqli yerlərə iki ya da üç dəfə sıxmaqdır.
    Ətirinizi mütləq təmiz və quru bölgələrə sıxmağa diqqət yetirin.
    Tökmə olanları deyil də spreyli şüşələri seçmənizdə fayda var.

    Çünki əllərinizlə təmas edən ətir bakteriyalara açıq hala gələr və qısa zamanda pozular.
    Xüsusilə bədəninizin isti və gizli bölgələri qoxunuzun qalıcılığı üçün ən uyğun yerlərdir.
    Məsələn; qulaq arxası, boyun, biləklər və sinə aralığı.
    Nəbzinizin atdığı yerlərdə qoxunuz daha yaxşı yayılar və qalıcı olar.
    15 sm uzaqlıqdan tutaraq ətirinizi sıxın.
    Heç vaxt əlinizlə yaymağa çalışmayın,buraxın öz-özünə qurusun.

    Çəhrayı makiaj:
    Sadə və natural bir görünüş istəyənlər üçün çəhrayının
    parlaq və mat tonları mövsümün əvəzolunmazıdır...

    İstifadə edənə günahsız və duru bir ifadə verən çəhrayı bu dəfə qarşımıza olduqca
    çox məhsulla çıxır. Sevginin və gözəlliyin rəngi çəhrayı da bu mövsümün makiyaj
    brendlərinin ən məşhur rəngidir. Birdən çox varianta sahib çəhrayının parlaq, mat
    və ya zərli olanlarından birini istifadə edərək dinamik günlərinizdə təsir edici bir
    gözəlliyə sahib ola bilərsiniz. Paltar seçiminiz mükəmməl olsa da ilk təəssürat hər vaxt üzə fokuslanar.
    Bu da paltarın tamamlanmasını təmin edən makiyajın ön plana
    çıxarılması lazım olduğunun bir göstəricisidir. Çəhrayı
    tonları istifadə edərək, təbii bir görünüş əldə etmək son dərəcə sadədir.

    Təəccüblü rəngdə dodaqlar, parlaq tonlardakı gözlər isti yaz günlərinin ən dəbdə
    olan toxunuşalrıdırı.Gözlər çəhrayının üzərində Mac, Nars, Bobbi Brown kimi
    məşhur makiyaj firmaları mövsüm üçün çəhrayının bütün tonlarını vitrinə
    yerləşdirdi. Jil Sander, Christian Dior, Chanel, Luis Vuitton kimi məşhur dizaynerlər
    mövsümün gözlənilən nümayişlərində paltarlarını ön
    plana çıxardan parlaq çəhrayı və ya magenta dodaqları ön plana çıxardı.

    Dırnaqlarımıza qulluq:
    Əgər güclü dırnaqlara sahib olmaq istəyirsinizsə əvvəl səthini baxım üçün hazırlamalısınız.
    Bunun üçün əvvəl, dırnaq qayçısıyla dırnaqlarınızı kəsin
    (uzun dırnaqları seçirsinizsə uclarından düzəldin). Ardından, dırnaq səthini bu
    iş üçün xüsusi hazırlanmış 3 üzlü yumşaq törpülərlə yaxşıca törpüləyin.
    Əllərinizi kremlərkən, bundan dırnaqlarınızın da faydalanması üçün diqqət
    göstərin.Necəmi? Kremdən kiçik bir parçanı dırnaq diblərinizin üzərinə qoyun
    və bununla dırnaqlarınızı ovun.Vitaminlər və bitki mənşəli yağlayar zəngin
    məhsullar seçməniz yerində olar,hətta dırnaq üçün xüsusi yağlarda satın ala bilərsiniz.

    Dırnaqlarınızı nəm verən kremlə ovduqdan sonra bir müddət gözləyin və
    ardından yuyub,qurulayın.Bundan sonra dırnaqlarınızı üzərinə, kalsium ya da
    keratin baxımından zəngin bir qoruyucu tətbiq edə bilərsiniz.
    Bu əsas həm dırnaqlarınızı bəsləyəcək həm də onları çöldən gələcək bütün
    mənfi faktorlara qarşı qoruyacaq. Dırnağınıza tətbiq etdiyiniz qoruyucu quruduqdan
    sonra rahatlıqla seçdiyiniz rəngdə bir lakı çəkə bilərsiniz.Lakınızın daha sürətli
    quruması və daha uzun müddət dözməsi üçün əllərinizi
    əvvəl bir neçə saniyə soyuducuda tuta bilər ardından da soyuq sudan keçirə bilərsiniz.

    İçdən bəsləmək üçün 30 saniyə:
    Dırnaqları gücləndirmədə,ən az xaricdən edilən baxımlar qədər rol oynayır içdən
    edilən baxımlar da. Onsuz da dırnaqlarınız qırılırsa,bu böyük ehtimalla sizdə bəzi
    vitaminlərin əskik olduğu mənasına gəlir. Bir dermatoloqla
    məsləhətləşin və sizin üçün uyğun olan qidaları nizamlı olaraq istifadə edin.
#06.08.2011 20:44 0 0 0