Fransız salatı

Son güncelleme: 09.08.2011 14:58
  • Fransız salatı - Salatlar - Fransız salatının hazırlanması - Salat və qəlyanaltılar

    noimage

    Tərkibi

    * 3-4 ədəd kartof
    * 3 ədəd kök
    * Çuğundur
    * Bir qədər ağ kələm
    * 1 ədəd baş soğan
    * 500 qr mal əti
    * Sirkə
    * Soya sosu
    * Qara və qırmızı istiot,duz

    Hazırlanması

    Əti xırda-xırda doğrayıb,az yağda tavada qızardırıq. Paralel olaraq kartofdan başqa (kartof sulanmasın deyə) bütün tərəvəzləri rəndədən keçiririk. Rəndələnmiş tərəvəzlərə qızardılmış əti əlavə edirik. Sonra kartofun qabığını soyub,onu da rəndələyirik və tavada qırmızı rəng alana qədər qızardırıq. Qızardılmış kartofu da Tərəvəzlər və ətin üzərinə əlavə edirik. 5% - li sirkə, soya sosu və ədviyyatları qarışdırıb salatın üzərində gəzdiririk. Salatımız hazırdır.

    Nuş olsun..
#09.08.2011 14:58 0 0 0