Ananas - Ananas salatı - Qelyanaltılar - Soyuq yemekler - Ananas salatının hazırlanması
Ərzaqlar
* 250-300 qram vetçina və ya toyuğun döş əti
* 2-3 ədəd kartof
* 4-5 ədəd yumurta
* 4-5 konservləşdirilmiş ananas halqası
* 1 ədəd soğan
* 1 ədəd alma
* 1 çay qaşığı limon şirəsi
* Qoz ləpəsi
* Mayonez
* Duz, istiot
Hazırlanma qaydası
Kartofu, yumurtaları bişirib təmizləyin. Ərzaqları sürtkəcdən keçirib ayrı-ayrı qablara yığın, çalışın sürtkəcin iri gözündən istifadə edin. Vetçinanı (və ya toyuq ətini), soğanı xırda-xırda doğrayın. Sonra almanın qabığını soyub sürtkəcin iri gözündən keçirib, üzərinə limon şirəsi səpin. Ananasın şirəsini süzüb xırda-xırda doğrayın. Hazırlanmış ərzaqları oval formalı qabda aşağıdakı kimi qatlarla düzün:
1-ci qat: kartofun yarısı, duz, istiot, mayonez
2-ci qat: soğanın yarısı, duz, istiot
3-cü qat: vetçinanın yarısı (və ya toyuq), bir az mayonez
4-cü qat: almanın yarısı
5-ci qat: yumurtanın yarısı, duz, istiot, mayonez
6-cı qat: ananasın yarısı
7-ci qat: kartofun yarısı duz, isiot, mayonez
8-ci qat: vetçinanın yarısı (toyuq), bir az mayonez
9-cu qat: azca soğan, duz, istiot, mayonez
10-u qat: almanın yarısı
11-ci qat: ananasın yarısı
12-qat: yumurta, duz, istiot, mayonez
Salatın yuxarı qatını kəsilmiş qoz ləpəsi və göy soğan ilə bəzəyin.