Sənsizlik daha məni incitmir

Son güncelleme: 10.08.2011 11:25
  • Sənsizlik daha məni incitmir yzısı - Mensur şerler - Sevgi sözleri

    noimage

    Bir payız fəsli və payız axşamı. Hər tərəf qaranlıq, yalnızlıq və mən... Həmişəki kimi yenə səni fikirləşirəm, istəməsəmdə. Sən isə məndən çox uzaqlardasan. Əslində sən mənə sadəcə cismən uzaqsan. Hər dəfə vərəqi qarşıma qoyub yazmağa başlayanda nədənsə qələm sözümə baxmır, fikirləşdiyimi deyildə, qəlbimdə olanları yazır. Mən yazmaq istədiyim hekayə xoşbəxtlik dolu olsun istyirəm, oxuyan hər kəs həvəslə oxusun və xoşbəxt sonluğu olsun istəyirəm. Ama qələmi hər əlimə alanda səni yazıram. Səni unutmaq istədiyimi yazmaq istədiyim halda bunun istəməklə olmadığını yazıram... Sənsizliyin məni daha incitmədiyini yazmaq istədiyim halda ancaq özümü aldatdığımı yazıram. Mən əslində necə olmasını istədiklərimi yox olanları yazıram....

    noimage

    Mənim həyatımda mənə yaxın olan insanlar az deyil. Ama mən səni onlarla danışmaq istəmirəm. Həyatımda səni bir vərəqə danışa bilərəm ancaq. O məni dinləməyi bacarır və bir gün unutduracağınada əminəm. Çünki bir insanın "unut onu", "o sənə layiq deyil" kimi sözləri heç vaxt səni mənə unutdurmaz! Ancaq səni yazdığım bu vərəqlər mənə şərhsiz qulaq assalada, səni yazdığım vərəqləri səni yazıb, qələmi kənara qoyandan sonra cırmaq, səninlə yaşadığım günləri həyatımdan silməyə bərabərdir. Səni sevməyimə peşman deyiləm, ama sənə sərf etdiyim zamanın boşa keçməsi .... Nə isə... Nə baş verirsə versin, mən heç vaxt həyata ciddi yanaşmıram daha - onsuzda hər şeyin bir başlanğıcı olduğu kimi bir sonuda olur. Dünya bir tək sənin ətrafında dönmür. Və mən indi tam əminliklə deyirəm ki, sənsizlik daha məni incitmir.

    Müəllif : Attractive
#10.08.2011 11:25 0 0 0