Ümid haradadır? Niyə hamıda var amma mən də yoxdur?
Onu sən özün qazanmalısan! Mən də ümidin axtarışına çıxdım...
Mağazaya getdim...
Arıq, cılız uşağın çörək bölməsinə baxdığını gördüm...Çörək aldım...Acı doyuzdurdum...
Yaxşılıq et!!!
* * *
Aptekə getdim...
Çoxlu iynə-dərman alan gənc qız gördüm. Möhkəm öskürürdü. Əlimi çiyninə qoydum və "sən sağalacaqsan" söylədim. Qız gülümsədi.
Sevinc bəxş et!!!
* * *
Yolla getdim...
Əlindəki vərəqləri göyə tullayan xanım gördüm. Vərəqləri yığıb əlinə verdim. Sevgi məktubu küləklərə verilməz...Qız məktubu bağrına basdı...
Sevgi bəxş et!!!
* * *
Abituriyent gördüm..
Elə təlaşlı idi. Sürətlə qaçırdı. "Tələbə" deyə səslədim. Dayandı.Çönməyə belə qorxdu. Sanki yuxu kimi gəlirdi eşitdikləri. Sən inanırsan? söylədi. İnanıram!
İnam bəxş et!!!
* * *
Qoca gördüm...
Beli bükük, bir əlində çəliyi, bir əlində ağır çantası.Çantasını əlindən aldım. "Mən axı qoca deyiləm" söylədi amma "mən qocayam" söylədim...
Həmdəm tapdığına sevindi...
Dostluq et!!!
Mən bütün günümü ümidi axtarmaqda keçirdtim. Sonda fərqinə vardım ki, ümid sevgini paylşmaqdı və bu insanın qəlbində inama olan ümidi yaradır.
Ölən hisslərə ümid yaradın ki, sabah həyatınız daha da gözəl olsun...