Kişilərə xoş gəlməyən qadın keyfiyyətləri hansılardır?

Son güncelleme: 12.08.2011 20:14
  • Maraqli Yazilar - Qadın Keyfiyyetleri - Kişlerin Neden Xoşu Gelmir - Xoş Gəlməyən Qadın Keyfiyyətləri Hansılardır?

    noimage

    Kişilərin qadınlarda nəyi bəyəndiyini az-çox bilirik. Bəs, yaxşı, kişilər zərif cinsin nümayəndələrində nələri bəyənmir?

    5 min kişinin qatıldığı sorğunun nəticələri kimisi üçün xoş, kimi üçün də xoşagəlməyən ola bilər.

    Beləliklə, qarşı cinsin qadınlarda sevmədiyi 15 keyfiyyət...


    1.Baxımsızlıq

    Kişilərin 40%-i baxımsız, özünə fikir verməyən qadınları sevmədiklərini deyib.

    2.Kişisayağılıq

    Yenə kişilərin böyük bir qismi sevəcəkləri qadının kişi kimi davranmasından xoşlanmadıqlarını söyləyiblər. Məsələn, bəzi qadınlar kişilər kimi əl-qol hərəkətləri və söyüşlə danışır, onlar kimi yeriyir, bir sözlə, "kişilik" etmək istəyirlər.

    3.Makiyaj

    Qadınların ən sevdiyi şey - makiyaj, kişilər tərəfindən heç də sevilmirmiş. Kişilərin çoxu bol və parıltılı makiyajlı qızlardan uzaq durmağa çalışır.

    4.Zəif intellekt

    İntellekt və mədəni dünya görüşü zəif olan insanlar heç yerdə sevilmir. Nə qadınlar axmaq kişi istəyir, nə də kişilər axmaq qadın. Kişilər ağıllı qadınları xoşlayır, amma özlərindən ağıllısını yox.

    5.Şorgözlük

    Kişilər bunu özlərinə aid bir xüsusiyyət hesab etdiklərindən, qadınlarda şorgözlük sezməyə dayana bilmirlər. Belə qadınlardan uzaq durmağa çalışırlar.

    6.Sərxoşluq

    Kişilər qadınların onlarla bəzən içib sərxoş olmalarını sevdiklərini desələr də, çox içən qadınları sevmədiklərini bildiriblər. Xüsusən də sərxoş təqlidi edən qadınları.

    7.Feministlər

    Ölkəmizdə feminizmin tamamilə səhv qarşılığı - "kişi düşməçiliyi" deyə təqdim olunan bir ideologiyanın nümayəndəsini hansı kişi sevər?

    8.Əsəb

    Hər şeyə çox tez əsəbiləşən qadınlar da sevilməyənlər sırasındadırlar.

    9.Geyim

    Geyimə fikir verən təkcə qadınlar deyilmiş

    10.Uşaqlıq

    Kişilər uşaq təqlidi edən qızlardan, qadınlardan nifrət edirlər. Xüsusən də, hansısa sözü uşaqlar kimi söyləmək, onlar kimi davranmaq kişilərə çox xoş gəlmir.

    11.Mühafizəkarlıq

    Xüsusən gənc oğlanlar mühafizəkar qadınları sevmədiklərini deyirlər.

    12.Hökmlülük

    Qadın avtoritarlığı kişilərin dözə bilmədiyi hallardandır. Şəxsi eqoları, yəqin ki, onlara, bu xüsusiyyətin kişilərə aid və heç bir zaman əldən verilməməli bir şey olduğunu diktə edir.

    13.Siqaret

    Siqaret çəkən qadınlar hələ də cəmiyyətdə sevilməyənlər sırasındadır. Halbuki kişilərin siqaret çəkməsi qədər adi bir haldır.

    14.Zəvzəklik

    Bu mövzuda heç kimi qınamaq olmaz. Çünki çoxdanışan adam hər kəsin düşmənidir.

    15.Uzun dırnaqlar

    Kişilər bu uzun dırnaqların nəyə lazım olduğunu anlamır ki, anlamır. Hələ bir də çox parıltılı bir boya ilə boyanarsa

    Alıntı..
#12.08.2011 20:06 0 0 0
  • teşkür
#12.08.2011 20:14 0 0 0