Oruc tutarkən susuzluğu aradan qaldıran qidalar

Son güncelleme: 13.08.2011 15:08
  • Oruc - Oruc tutmaq - Susuzluğu aradan qaldıran qidalar - Sağlamlıq - Sağlıqlı bilgler


    Ramazan Ayının yayın isti günlərinə təsadüf etməsi sərinləşdirən və susuzluğu aradan qaldıran qidaları da gündəmə gətirdi. İmsak vaxtı bəzi qidaları yeməklə susuzluğu ən aza qədər azaltmaq mümkündür.

    Budur oruc tutarkən susuzluğu azaldan bəzi qidalar:

    Şaftalı: Orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır. Bağırsaqları yumşaldır. Həzmi asanlaşdırır. Susuzluğu və ağız qoxusunu azaldır. Dərini nəmləndirir, dodaqlara sürüldüyündə oruc tutanların dodaqlarının qurumasını əngəlləyir.

    Biyan kökü şərbəti: İmmuniteti gücləndirir, isti havalarda qazlı içkilərin yerinə üstünlük verilməsi lazım olan və susuzluğu gün boyu azaldan nadir içkilərdən biridir.


    Qara üzüm: Antioksidan xüsusiyyəti yüksək olan və yay aylarında asanlıqla tapılan qara üzüm də susuzluğu azaldan qidaların başında gəlir.

    Qovun və Qarpız: Yay meyvələrindən olan qovun və qarpız imsak vaxtı soyuq halda yeyildiyində uzun müddət su içmə ehtiyacının qarşısını alır.

    Evdə hazırlanan qatıq: Evdə hazırlanan mayalanmış duzsuz qatıq da oruc tutanların susuzluğunu azaltmaqda kömək edir.

    Pomidor: 95% sudan ibarət olan pomidor sərinləşdirən tərəvəzdir. Pomidorda bol miqdarda maqnezium, kalium, kalsium, vitamin və lif var.


    Xurma: Bol miqdarda kalium, maqnezium və dəmir tərkibli xurma mineral bombasıdır. İdman edənlərin xərclədikləri enerjini qısa zamanda bərpa edir. Çöl meyvəsi olan xurma susuzluğu da azldır.

    Mineral su: Adi sudan fərqli olaraq mineral suda natrium, maqnezium, kalsium, xlor, sulfat, hidrogen karbonat var. Soda susuzluğu azaltmaqda təsirli içkidir.
#13.08.2011 15:08 0 0 0