Lent.az Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı təqvimə əsasən bildirir ki, Ramazan ayının on beşinci günündə oruc tutanlar üçün imsaq vaxtı 05:34-dür. Sübh əzanı oxunmazdan 15-20 dəqiqə əvvəl yemək-içməyə son qoyulması məsləhət görülür. İftar vaxtı isə axşam saat 20:53-dür.
Ramazan ayının on beşinci gününün duası isə belədir: "İlahi, mənə bu ayda ürəklərində (təqva) qorxusu olanların itaətini rusi elə, qəlbimi bu ayda itaət edənlərə məxsus tövbə üçün geniş aç, Sən özün aman ver, ey ürəklərində (təqva) qorxusu olanların Aman verəni!".
Qeyd edək ki, Azərbaycanın bölgələrində imsaq və iftar vaxtı Bakı vaxtından bir neçə dəqiqə fərqlənir. Lent.az bu dəqiqə fərqlərini də oxucularına təqdim edir: