Azərbaycanlı reper heç yerdə səslənməyən mahnısının klip çəkilişlərinə başladı

Son güncelleme: 15.08.2011 02:29
  • noimage

    Milli.Az xəbər portalının ATV kanalında yayımlanan "ATV Maqazin" verilişinə istinadən verdiyi məlumata görə, "Dəyirman" qrupunun üzvlərindən biri Miri Yusif heç yerdə səslənməyən mahnısının klip çəkilişlərinə start verdi.

    "Space" kanalının "Bazar" verilişinin eks-aparıcısı, klipin rejissoru Tural Əsədov Miri Yusifin klipdə çəkilməyəcəyini söyləyib. "Mən heç kiməm" mahnısına çəkilən klipin özəlliyi burada uşaq, gənc qız və oğlanların oxuması, lakin Miri Yusifin klipdə olmayacağı ilə bağlıdır.

    Emiliya
#15.08.2011 02:29 0 0 0