Milli.Az xəbər portalının ATV kanalında yayımlanan "Atv Maqazin" verilişinə istinadən verdiyi məlumata görə, müğənni Elnur klip çəkdirib.
Bir çox müğənnilərin Türkiyəyə, Ukraynaya, Gürcüstana və digər ölkələrə üz tutduğu bir vaxtda müğənni Elnur Maldiv adalarında klip çəkdirdi.
Müğənni klipi yerli rejissor Fuad Əlişova həvalə etdiyini bildirdi. Corc Mayklın repertuarından "Careless Whisper" mahnısına klip çəkdirən müğənniyə klip hədiyyə olunub.
"Dostuma da bir klip hədiyyə etməsəm, daha nə oldu?" - deyə Fuad Əlişov söyləyib.