Milli.Az xəbər portalının ATV kanalının "ATV Maqazin" verilişinə istinadən verdiyi məlumata görə, uzun müddətdir, şou aləmində qanlı-bıçaq olan iki məşhur müğənni - Almaz Ələsgərova və Röya barışacaq.
Bütün bunlar keçən il dekabr ayının 26-da Röyanın "ATV Maqazin" verilişinə müsahibəsindən sonra baş verdi. "Mən kinli adam deyiləm, bütün bunlar oldu, keçdi. Novruz bayramında papaq atarıq qapısına, ya da o - bizim qapıya, keçib gedər", - deyə Röya söyləyib.
Bu söhbətin üstündən 8 ay 12 gün keçməsinə baxmayaraq heç bir tərəfdən reaksiya gəlmədi. Bu vaxt ərzində Röya həm Namiq Qaraçuxurlu ilə, həm də jurnalistlərlə barışdı. Təkcə Almazdan başqa. Nəhayət, Almaz Ələsgərova "ATV Maqazin" verilişinə müsahibə verdi. "Mən heç kimlə kin saxlamıram. Bəlkə də onu qızışdırıblar. Uşaqlarım hər zaman ona yaxşı yanaşıblar, o da mənim balalarımı çox istəyib. Araya şeytan girib. Mənim heç kimlə pis münasibətim olmayıb", - deyə müğənni bildirib.