Lent.az Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı təqvimə əsasən bildirir ki, Ramazan ayının on altıncı günündə oruc tutanlar üçün imsaq vaxtı 05:35-dir. Sübh əzanı oxunmazdan 15-20 dəqiqə əvvəl yemək-içməyə son qoyulması məsləhət görülür. İftar vaxtı isə axşam saat 20:52-dir.
Ramazan ayının on altıncı gününün duası isə belədir: "İlahi, Öz Allahlığın xatirinə bu ayda məni əməlisaleh adamlarla rastlaşmağa müvəffəq et, və məni bu ayda şər adamlarla rastlaşmaqdan uzaq et, mənə bu ayda axirətdə Sənin rəhmətinlə qərar evində sığınmaq ümidi ver, Allahlığın xatirinə ey Aləmlərin Allahı!"
Qeyd edək ki, Azərbaycanın bölgələrində imsaq və iftar vaxtı Bakı vaxtından bir neçə dəqiqə fərqlənir. Lent.az bu dəqiqə fərqlərini də oxucularına təqdim edir: