Yay aylarında bu qidalardan daha çox istifadə edin

Son güncelleme: 16.08.2011 01:15
  • Sağlamliq - Yay aylarında sağlamlığınız - Sağlamlıq üçün lazım olan qidalar

    noimage

    Havaların istiləşməsinin insan sağlamlığında bir çox problemin yaranmasına səbəb ola biləcəyini deyən həkimlər yay aylarında qida rasionu ilə bağlı bəzi tövsiyələr edirlər.

    noimage

    Belə ki, mütəxəssislər yay aylarında səhər yeməyində az yağlı pendir, zeytun və təzə tərəvəzdən daha çox istifadə etməyi məsləhət görürlər. Digər tərəfdən, tərkibində kofein olan içkilər əvəzinə süd, meyvə suyu və bitki çayları tövsiyə edilir. Habelə, yeməkləri qızartmaq əvəzinə, onları öz suyunda qaynadaraq bişirmək də qida üzrə mütəxəssislərin tövsiyələrindəndir.

    Gündən ən azı 5 porsiya meyvə-tərəvəz istifadə edilməsinin vacib olduğunu bildirən mütəxəssilər, xəmir xörəkləri və şirniyyat əvəzinə südlü, eləcə də meyvəli şirniyyatlar və dondurma yeməyi məsləhət görürlər.
#16.08.2011 01:15 0 0 0