Ənbiya Surəsi-Peyğəmbərlər

Son güncelleme: 17.08.2011 14:52
  • Ənbiya Surəsi-Peyğəmbərlər - Dini yazılar

    "Ənbiya" Surəsi

    21-ci surə

    əl-Ənbiya (Peyğəmbərlər) surəsi (Məkkədə nazil olmuşdur, 112 ayədir)

    Bismillahir-rəhmanir-rəhim!

    1-Fəzl ibn Rəssandan rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs Ənbiya surəsini həvəslə oxusa, əbədi Behiştdə Peyğəmbərlərlə birlikdə olacaq. yaşadığı müddətdə xalqın nəzərində hörmətli və əzəmətli olar.

    2-Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Allah Ənbiya surəsini oxuyan kəsdən asanlıqla hesab çəkər, onu bağışlayıb və Qur`anda adı olan Peyğəmbərlər ona salam deyərlər.

    Hər cür xəstəlik və yaxud fikrin pərişanlıq yaxud da yuxusuzluq üçün bu ay əni yazıb özündə saxlayın: "Vəzənnuni iz zəhəbə mucazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fizzulumati ən la ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin." (Ənbiya-87).

    Qızdırmanı müalicə etmək üçün bu ayələri yazıb özündə saxlasın.
    "Ya naru kuni bərdən və səlamən əla İbrahimə və əradu bihi kəydən fəcəəlnahumul əxsərin." (Ənbiya-69-70)

    Taha və Ənbiya: Xora (cozan) xəstəliyinin müalicəsi üçün bu ayələri yazıb özündə saxlayın.
    "İnnəhu mən yə`ti rəbbuhu mucrimən fəinnə ləhu cəhənnəmə layəmutu fiha və la yəhya. Və mən yə`tihi mu`minən qəd əmiləs-salihati fəulaikə ləhumud-dərəcatul-ulya". (Taha-74-75)

    "Kullu nəfsin zaiqətul məvti və nəblukum bişşərri vəlxəyri fitnətən və iləyna turcəun". (Ənbiya-35)
#17.08.2011 14:52 0 0 0