Bir müddətdir, 24 yaşlı fransız rəqqas Brahim Zaibatla birlikdə olan dünya şöhrətli Madonna 53 yaşını gənc sevgilisi və uşaqları ilə birlikdə qeyd edib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, doğum gününü Nyu-Yorkda keçirən sənətçini təbrik edən şəxs də elə sevgilisi olub. Zaibat məşhur ulduzu öpərək təbrik edib. Sevgililər öpüşdükləri zaman Madonnanın övladlığa götürdüyü David və Mercy qumda oynayırdılar.
Onu da qeyd edək ki, 24 yaşlı Brahim Zaibatın anasının da Madonnadan kiçik olduğu ortaya çıxıb. Rəqqasın anasının 45 yaşı var və o, müğənnidən 8 yaş kiçikdir.