Azərbaycanlı modelə evlənmək təklif edən türk aktyoru Türkan Şorayla seriala çəkilir

Son güncelleme: 19.08.2011 08:51
  • noimage

    Türkiyənin "Yapraq dökümü" serialında Oğuz xarakterini canlandıran məşhur aktyor Tolqa Korel yeni mövsümdə "Osmanlı düyünü" adlı serialla ekranda görünəcək.

    Bu barədə aktyorun özü Lent.az-a açıqlama verib.

    Tolqa Korel deyib ki, filmdə o, Türkan Şoray ilə birlikdə baş rolu paylaşacaq. Filmi Türkiyənin populyar rejissoru Əzəl Akay çəkəcək.

    Qeyd edək ki, daha öncə Azərbaycanda "Yapraq dökümü" serialı ilə məşhurlaşan Tolqa Korel model Günay Musayeva ilə evlənəcəyi xəbəri ilə gündəmdədir.

    Lalə Yusifqızı
#19.08.2011 08:51 0 0 0