Saçımıza qulluq

Son güncelleme: 19.08.2011 13:01
  • Saçlar - Saçımıza qulluq - Saçlar haqqında - Saç maskası - Saç maskaları
    noimage

    Saçlarımız çox gec uzanır və cansızlaşır.
    Cansız saçlarımızı canlandırmaq üçün aşağıdakı maskanı təqdim edirəm:

    2 ədəd yumurta sarısına 2 xörək qarışığı gənəgərçək yağı, 1 çay qaşığı xardal tozu,
    1 xörək qaşığı limon şirəsi və ya sirkə töküb qarışdırırıq.
    Alınmış qarışığı saçın dibinə çəkib 40 dəqiqə gözləyirik.
    Sonra saçları yumşaldan şampun və ya 1 litr suya 2
    xörək qaşığı çobanyastığı ilə yaxalayırıq.

    Nəticə: gözəl saçlarınızla fəxr edin.

    Yağlı saçlar hər bir qadının baş bəlasıdır.
    Bununla mübarizə aparmaq, salonlara gedib məsləhətlər almaq xeyli vaxtımızı alır. Hər bir Qadın özünə qulluq etməyi bacarmalıdır.
    Yağlı saçlar üçün ən yaxşı maska gənəgərçək yağı ilə soğan suyunun qarışığıdır. Gənəgərçək yağı apteklərdə satılır. Hərəsindən 2 qaşıq olmaq şərtilə gənəgrçək yağı və soğan yaxşıca qarışdırılır. Başınızı yumamışdan yarım saat qabaq saçların dibinə həmin qarışığı çəkib, başınız polietilen papaq və ya dəsmalla örtüb,yarım saat gözləyin, yarım saatdan sonra saçları adi qaydada yuyun. Bu çox faydalı maskadır, yeganə mənfi cəhəti soğan iyinin olmasıdır. Bunu da ətir vasitəsilə ardan qaldıra bilərsiniz.
#19.08.2011 13:01 0 0 0