Kəsmikli alman tortu

Son güncelleme: 19.08.2011 14:07
  • Alma tortu - Kəsmikli alman tortu - Kəsmikli alman tortunun hazırlanması

    noimage

    1.Ələnmiş una 200qr xırda - xırda qoğranmış kərə yağı, 50 ml qaymaq, 3 yumurta sarısı və 100 qr şəkər əlavə edin.

    2.Xəmiri tez yoğurun və 30 dəqiqəliyə soyuducuya yerləşdirin

    3. 750 qr kəsmiki qarışdırıb əzin və üzərinə, 100 ml qaymaq ,100 qr şəkər, 3 ədəd yumurta , 20 qr kraxmal ( kartof) , bir çay qaşığı şəkərli vanilin əlavə edin. Bunlarin hamısını birlikdə mikser vasitəsi ilə yaxşıca qarışdlrın.

    4. Təmiz yuyulmuş ərik ( kuraqa) və albalıni qurusunu 5 dədiqəliyə yumşalmaq üçün qaynar suya salin sonra qurudun.

    5.Hzirladığınız kəsmik kütləsinə 50 qr xırdalanmış badam , 50 qr ərik qurusu, 50 qr albalı qurusu və ,30 ml konyak əlavə edib qarişdırın.

    6. Soyumuş xəmiri yayıb qiraqları hundur tavanın içərisinə yerləşdirin.Xəmiri tavada elə yerləşdirmək lazımdır ki, tavanın qıraqları xəmir ilə örtülsün.

    7. Sonra tavanin içərisinə kəsmikdən hazırladığınız kütləni əlavə edin və 180 dərəcədə təxminən 40 dəqiqə müddətində bişirin.

    8. Qalmış 3 yumurta ağını 50 qr şəkər ilə köpük halına düşənə kimi çalib əsas kütlənin üzərinə bərabər şəkildə əlavə edin və daha 15 - 20 dəqiqə bişirin.

    9. Beləliklə tort hazırdır. Bişmiş tortun fırindan çıxartmadan soyumasıni gözləyin və sonra süfrəyə verin .

    noimage
    Nuş olsun....
#19.08.2011 14:07 0 0 0