Güney Azərbaycanlı sənətçi Təbrizli Məmməd Rza 22 iyulda Norveçin paytaxtı Oslo şəhərinin mərkəzində və bir adada baş verən üzücü olaylara qarşı baş verən terrora qarşı etiraz kimi mahnı hazırlayıb.
Sözləri norveçli şair Geyr Uthauqa məxsus olan mahnının adı "Blomster mot dod" - yəni, "Ölümü çiçəklə qarşılayırıq" deməkdir.
Bu barədə müğənni özü Lent.az-a eksklüziv açıqlama verib: "Dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar müharibənin və şiddətin əleyhinədirlər. Mən də onlardan biri kimi Norveç xalqının kədərinə ortaq olub bu mahnını yazdım".
Təbrizli Məmməd Rza bu gün Amerikadakı Azərbaycan radiosunda müsahibə verəcək. Mahnıya Norveçin film rejissoru klip çəkəcək.
Bu mahnı eyni zamanda bəzi festivallarda oxunacaq. Qeyd edək ki, Norveçin iqtidarda olan partiya nümayəndəliyi bu addıma görə, sənətçiyə rəsmi təşəkkür məktubu yollayıblar. Norveçin yerli qəzetləri əslən azərbaycanlı sənətçinin jestini yüksək qiymətləndirib.
Məlumat üçün bildirək ki, sənətçi özü Norveçdə yaşayır.