Hədislər 4-cu

Son güncelleme: 21.08.2011 23:17
  • Hədis - Hədislər - Hədislər 4-cu

    1- İmam Baqir (ə) buyurur:"Allah-təala - pis danışan, lənət deyən və tənə vuranları sevmir."
    2- İmam Baqir (ə) buyurur: "Bizim şiəmiz olan şəxs təqvalıdır, Allaha itaət edən və xalqın haqqında yalnız yaxşı sözlər danışanıdır."
    3- İmam Baqir (ə) buyurur: "Sənə zülm etmişlərsə də, sən zülm etmə."
    4- İmam Baqir (ə) buyurur: "Səni yalan danışmaqda ittiham edərlərsə, qəzəblənmə."
    5- İmam Baqir (ə) buyurur: "Səni tərif etsələr, sevinmə."
    6- İmam Baqir (ə) buyurur: "Hikməti, hətta ona əməl etməyəndən də olsa, öyrənin."
    7- İmam Baqir (ə) buyurur: "Əlinə fürsət düşəndə səhlənkarlıq etmə."
    8- İmam Baqir (ə) buyurur: "Başqalarının haqqında öz haqqınızda deyilməsini xoşladığınız sözləri danışın."
    9- İmam Baqir (ə) buyurur: "Allahın verdiyi ruziyə qənaət edən kəs ən ehtiyacsız adamdır."
    10- İmam Baqir (ə) buyurur: "Mömin möminin yetmiş böyük (kəbirə) günahını örtməyə borcludur."
#21.08.2011 23:17 0 0 0